Türkiyəli nazir Qərbi psixoloji savaşda ittiham edib
Daxili işlər naziri Süleyman Soylu Qərbi Türkiyənin “müstəqil və azad olmasını” istəmədiyində günahlandırıb
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Qərbi respublikaya qarşı “psixoloji savaş” aparmaqda ittiham edib.
“Qərb ölkələri heç bir sübut təqdim etmədən terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlayaraq respublikaya qarşı “psixoloji müharibə” aparır”, - deyə nazir Ankarada bildirib.
Onun sözlərinə görə, Amerika və Qərb Türkiyənin “müstəqil və azad olmasını” istəmir.
60 milyon turisti qəbul etməyi planlaşdırdığımızı və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi elan etdiyimiz gün onlar bu “psixoloji müharibəni” başladıblar”, - Soylu bildirib.
O, həmçinin əlavə edib ki, “terror aktları ehtimalını açıq şəkildə bəyan edən və belə hadisələrin baş verdiyi yerlərin adını çəkən ölkələrin heç biri Türkiyənin heç bir təhlükəsizlik qurumu ilə əlaqə saxlamayıb”.