XƏBƏRLƏR / Müttəfiq

Türkiyənin ailə və sosial xidmətlər naziri Bakıya gələcək

Sabah Azərbaycanda Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin ailə, uşaq və sosial problemlər qurumlarının rəhbərlərinin iclası keçiriləcək

Türkiyənin ailə və sosial xidmətlər naziri Bakıya gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə məlumat verib.

    Onun sözlərinə görə, M.Ö.Göktaş iyunun 11-12-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin ailə, uşaq və sosial problemlər qurumlarının rəhbərlərinin iclasında iştirak edəcək.