XƏBƏRLƏR / Neft və Qaz

Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında 2-ciyik

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb

Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında 2-ciyik
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə avqust ayında Azərbaycandan 752,44 milyon kubmetr təbii qaz idxal edib.

    Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

    Bildirilir ki, avqustda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə qərarlaşıb. Təbii qaz idxalında Azərbaycanın payı 27,11 faiz təşkil edib. Siyahıda birinci sırada 916,25 milyon kubmetr (9,08 faiz artım ilə) ilə İran və üçüncü yerdə 723,07 milyon kubmetr (60,6 faiz azalma) ilə Rusiya yer alıb.

    Avqustda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi ötən ilin eyni ayına nisbətən 28,15 faiz və ya 294,83 milyon kubmetr azalıb. Azərbaycan keçən ilin avqustunda Türkiyəyə 1 milyard 47,27 milyon kubmetr qaz ixrac etmişdi.

    Cari ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan ümumilikdə 7 milyard 245,91 milyon kubmetr təbii qaz idxal edib.

    Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

    2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.