XƏBƏRLƏR / Müttəfiq

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib

YENİLƏNİB

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

    Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsindən xəbər veriblər.

    Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb.


    Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub, həmçinin tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib.


    Görüşdən sonra qonaqlar qədim Şuşa şəhərindəki dini, tarixi-memarlıq və mədəniyyət abidələrini ziyarət ediblər.


    ***

    14:20

    Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Şuşa şəhərinə gəlib.

    Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçiriləcək. Qonaqlar sonra Qarabağın incisi, Azərbaycan tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olacaqlar.