TÜSAŞ Azərbaycanın Su-25 təyyarələrinin modernləşdirib
Bu barədə şirkətin Baş direktoru Mehmet Dəmiroğlu bildirib
TÜSAŞ-ın Baş direktoru Mehmet Dəmiroğlu bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarələrinin modernləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatıb.
O qeyd edib ki, əksər təyyarələrin modernləşdirilməsi üzrə işlər Bakıda aparılacaq.
"Bu layihə həm müdafiə sənayesi, həm də Azərbaycanın ekosistemi üçün vacibdir. Növbəti mərhələdə HÜRKUŞ təyyarələrini təlim məqsədilə Azərbaycana gətirəcəyik. Eyni zamanda, azərbaycanlı hərbi pilotların Ankarada təlimlərə cəlb edilməsi də nəzərdə tutulur. Bu istiqamətdə işlər uğurla davam etdirilir və yaxın aylarda tam başa çatdırılacaqdır. Azərbaycana beşinci nəsil Kaan təyyarələrinin tədarükü ilə bağlı danışıqlar davam edir. Bu layihə ilkin mərhələdədir, ona görə də bu barədə konkret nəsə demək çətindir. Layihənin 2030-cu ilə qədər davam etdirilməsi planlaşdırılır." - Dəmiroğlu deyib.