XƏBƏRLƏR / İdman

UEFA: "Qarabağ" möhtəşəm oyun nümayiş etdirdi"

Yeddi uğursuz cəhddən sonra “atlar” turnirin qrup mərhələsini birinci yerdə başa vurmağı bacarıb

UEFA: "Qarabağ" möhtəşəm oyun nümayiş etdirdi"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Qarabağ haqqında: Komanda möhtəşəm oyun nümayiş etdirdi.

    Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında Azərbaycan “Qarabağ”ının Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliya “Braqa”sı üzərində qələbəsi (4:2) ilə bağlı yazı dərc olunub.

    Qeyd olunur ki, yeddi uğursuz cəhddən sonra “atlar” turnirin qrup mərhələsini birinci yerdə başa vurmağı bacarıb. Materialda deyilir: "Pley-off mərhələsinin ilk oyunu əla oyun oldu və komanda əla performans göstərdi".

    Müəlliflər yazır ki, “Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/8 finalına yüksəlmək niyyətində olduğundan Ağdam komandasının Bakıda keçiriləcək cavab oyununa qədər çox işi var.

    Məqalədə Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanovun Braqa ilə ilk görüşdən sonra dediyi sözlər də yer alıb. "Rahatlaşa bilmərik, cavab oyununa ciddi hazırlaşmalıyıq. Braqa kimi komandalar nəticəni çox tez öz xeyrinə dəyişirlər", - materialda deyilir.