XƏBƏRLƏR / Neft və Qaz

Ukrayna Azərbaycan üçün Avropada enerji mərkəzi ola bilər

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa danışıb

Ukrayna Azərbaycan üçün Avropada enerji mərkəzi ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna Azərbaycan üçün Avropada əsas enerji mərkəzinə çevrilməyə hazırdır.

    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa Azərbaycana səfərinin yekunu üzrə özünün Facebook səhifəsində yazıb.

    “Aİ kimi biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən ölkə kimi görürük və tranzit təcrübəmiz və Avropada ən böyük qaz anbarlarımız vasitəsilə buna töhfə verməyə hazırıq”, - o qeyd edib. Sybiqa vurğulayıb ki, Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır.

    O əlavə edib ki, tərəflər həmçinin yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.