Ukrayna enerji sektoruna yardıma görə Bakıya təşəkkür edib
Bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib
Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı, Azərbaycan, Avstriya, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr və Çindən olan tərəfdaşlar Ukraynaya enerji avadanlıqları təqdim ediblər.
Ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.
"Ukraynanın enerji sisteminin işinin təmin edilməsindəki yardıma görə bütün tərəfdaşlarımıza dərindən minnətdarıq", - məlumatda qeyd olunub.
1 dəqiqə