XƏBƏRLƏR / Münaqişə

Ukrayna Perm və Ryazanda neft emalı zavodlarını vurub

Bu barədə "RBK-Ukrayna" xəbər verir

Ukrayna Perm və Ryazanda neft emalı zavodlarını vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Rusiyanın Perm şəhərində ölkənin ən böyük neft emalı zavodlarından birində genişmiqyaslı yanğın baş verdiyini bəyan edib.

    Bu barədə "RBK-Ukrayna" xəbər verir.

    Məlumata görə, yanğın Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan "LUKOYL-Permnefteorqsintez" müəssisəsində baş verib.

    Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Ryazandakı neft emalı zavoduna və Krımdakı Qara dəniz donanmasının bazasına hücum edib.

    Qeyd olunub ki, yanğın müəssisənin ərazisinə endirilən zərbədən sonra başlayıb.

    "LUKOYL-Permnefteorqsintez" neftin emalı və geniş çeşiddə neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb.