Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib
Bu barədə "RBK-Ukrayna" məlumat yayıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski vəzifəsindən azad edilib. Müvafiq qərarı Prezident Volodimir Zelenski qəbul edib.
Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Komandanı Mixaylo Drapatyi Oleksandr Sırskini Baş Komandan vəzifəsində əvəz edəcək.
Dövlət başçısı bildirib ki, bu gün Oleksandr Sırski, Andrey Qnatov və onunla birlikdə orduda xidmətin gələcək formatları və vəzifələrin düzgün ötürülməsi məsələləri müzakirə olunub.
Prezident, həmçinin qeyd edib ki, Mixaylo Drapatyi, Yevqen Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının strukturunun yenilənməsi ilə bağlı qərarlar müəyyənləşdirilib.
Zelenski bildirib ki, o, sabiq müdafiə naziri Fedorova dövlətin texnoloji komponentinin inkişafı ilə bağlı hökumətdə yeni vəzifə təklif edib.
Xatırladaq ki, ötən həftə Ukrayna hökumətində kadr dəyişiklikləri baş vermiş və Mixaylo Fedorov müdafiə naziri vəzifəsini itirmişdi. İşdən çıxarıldıqdan sonra o, mətbuat konfransı keçirərək Sırski və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə münaqişəsindən danışıb.
Bu fonda Kiyevdə və Ukraynanın digər şəhərlərində Fedorovun müdafiə naziri vəzifəsinə bərpa olunması və Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsi tələbi ilə etirazlar başlamışdı.
1 dəqiqə