XƏBƏRLƏR / Münaqişə

Ukrayna Rusiyanın Belqorod şəhərini raket atəşinə tutdu

Ukrayna Rusiyanın Belqorod şəhərini raket atəşinə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 10 nəfər yaralanıb. Onlardan altısının vəziyyəti ağırdır, baş və ayaq nahiyəsindən qəlpə yaraları var.

    Raket parçaları Lermontov küçəsindəki “Maqnit” mağazasına və 42 saylı məktəbin ərazisinə düşüb.

    Rusiya Müdafiə nazirliyi xəbər verir ki, şəhər RM-70 "Vampir" reaktiv yaylım atəşi sistemindən hədəfə alınıb.