Ukrayna və Gürcüstana olar, lakin Azərbaycana olmaz?
Bunu öz ərazilərini terrorçulardan təmizləməsi haqda xarici siyasət üzrə ekspert Brenda Şaffer yazıb
Brenda Şaffer: Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, lakin Azərbaycana olmaz?
Bu barədə ABŞ Ali Hərbi Dəniz Qüvvələri Məktəbinin pedaqoqu, xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” sosial şəbəkə hesabında Amerika mediası və beyin mərkəzlərinin postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı mövqeyini şərh edərək yazıb.
Şaffer vurğulayıb ki, Ukrayna ordusu rus qoşunlarını öz ərazisindən çıxarılmaq üçün döyüşəndə medianın “Yaşasın Ukrayna!” reaksiyasını görürük, Gürcüstanda oxşar münaqişə yaşanır və “İrəli, Gürcüstan!” reaksiyasının şahidi oluruq:
Onun sözlərinə görə, Azərbaycan 10 min qanunsuz erməni silahlısından ibarət qoşunun öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı vaxt göstərilən reaksiya isə “Azərbaycan dayandırılmalıdır” olur.
Şaffer ABŞ-ın bu məsələlərdə mövqeyinə də toxunub:
“ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya zəng edərək Krımda və ya Donetskdə mövcud olan terrorçulara qarşı hərbi addım atmamağı Kiyevdən xahiş etməsini təsəvvür edə bilərsinizmi? Amerika Birləşmiş Ştatları ərazi bütövlüyünün toxunulmazlığı prinsipini, Azərbaycan məsələsi istisna olmaqla, dəstəkləyir”.