Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Bu gün Ukrayna hökumətinin nəzarətində olan ərazilərdən 84 rus hərbçisi geri qaytarılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilər hazırda Belarus ərazisindədir.
Mübadilə prosesində BƏƏ vasitəçilik edib.
Əvəzində 84 Ukrayna Silahlı Qüvvələrinin hərbçisi qarşı tərəfə təhvil verilib.