Ukrayna yenə Rusıyanın"Drujba" neft kəmərini sıradan çıxardı
Bu barədə Macarıstanın xarici işlər naziri Siyarto xəbər verib

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, "Drujba" neft kəməri vasitəsilə Macarıstana neft nəqli Ukraynanın hücumu səbəbindən son vaxtlar üçüncü dəfədir ki, dayandırılıb:
"Dünən gecə biz daha bir xəbər aldıq - artıq qısa müddətdə üçüncüdür - "Drujba" neft kəmərinə hücum... Macarıstana neft nəqli yenidən dayandırıldı! Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur".