Ümumdünya Səhiyyə Təşkilatının yeni pandemiya panıkası
İndi də Afrika ölkələrindən gələn "meymun çiçəyi" epidemiyası
ÜST həyəcan təbili çalır: yeni pandemiya yaxınlaşır!
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Qebreyesus Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində "meymun çiçəyi" epidemiyasını bütün dünya üçün təhlükə yaradan ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib:
Bu epidemiyaları dayandırmaq və insanları xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır.
Bu il bu xəstəliyə yoluxma hallarının sayı 15600-dən çox, ölənlərin sayı isə 537 nəfər olub.
"Meymun çiçəyi" nadir virus xəstəliyidir, birbaşa bədənlə təmasda, eləcə də hava-damcı yolu ilə - xəstə başqa adamın üzünə nəfəs alırsa və ya onun yanında danışırsa, keçə bilər.