XƏBƏRLƏR / İctimaiyyət

UNICEF-in Azərbaycandakı ofisi yaxın aylarda bağlanacaq

Bu barədə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə mətbuat katibi İrina Mazur bildirib

UNICEF-in Azərbaycandakı ofisi yaxın aylarda bağlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə mətbuat katibi İrina Mazur “Report”a bildirib ki, UNICEF-in Azərbaycandakı ofisi yaxın aylarda fəaliyyətini dayandıracaq.

    "UNICEF regional ofisi və baş qərargahı vasitəsilə Azərbaycandakı tərəfdaşları ilə işləməyə davam edəcək.

    Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azaldılmasına, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsinə və uşaqların müdafiəsi sistemlərinin gücləndirilməsinə kömək edib".