“Ürək-damar cərrahlarının Şuşa zirvəsi”
Bu, işğaldan azad olunmuş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şuşada “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilir.
Bu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad olunmuş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.
Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edirlər.