Güneydəki hadisələr həm də İrandaxili siyasi qütbləşmə, ziddiyyətlərlə əlaqədardır.
"Sepah"la İran XİN-i Suriya məğlubiyyətindən sonra antirus mövqeyindədirlər. Kəşfiyyat Nazirliyi "Ettelaat" ilə "Ərteş", yəni Hərbi Nazirlik Rusiya ilə sıx münasibətlər sərğiləyirlər. Qüvvələr nisbətini yalnız Azərbaycan kartı dəyişə bilər. Ötənilki prezident seçkilərində bu model islahatçi Zərif-Pezeşkian dəstəsinə qəfil qələbə gətirdi. Azərbaycanlıların səsi həlledici oldu. İndi bu ssenarinin ikinci turu başlayir.
"Sepah" nümayişkaranə kənarda durub. O, hətta 90-cı illərdəki gizli qətllər "keys"lərini açmağa hazırdır. "Sepah"ın ilk rəhbərlərindən biri - Möhsen Rəfiqdust mətbuata verdiyi son aciqlamalarinda o vaxtkı cinayətlərini etiraf edib. O cümlədən kürd liderlerini 90-cı illərdə Kiprdə, Almaniyada ğüllələdiyini bildirib. Beləliklə, "Sepah" bir tərəfdən kürd dosyesini açir, digər tərəfdən Urmu türklərini tərəzinin digər gözünə qoyur, müvazimət yaradır Novruz şənliklərində.
Xətt əvvəlkidir. Pezeşkiani hakimiyyət kürsüsünə gətirən xətdir.
Xətt əvvəlkidir. Pezeşkiani hakimiyyət kürsüsünə gətirən xətdir.
İranda da, bütün dünyada olduğu kimi, ruspərəstlərlə antiruslar öz ziddiyyətlərini daxili qarşıdurma müstəvisinə çıxarırlar. Türkiyədə bunun təkrarı AKP-CHP buynuzlaşmasındadır. İmamoglu-Ərdoğan toqquşmasındadır.
P. S. Urmudaki milli səfərbərlik bir başqa çox mühüm mövzu ilə - Xameneinin varisi mövzusu ilə də gizli tellərlə bağlıdır. İranı, XIX əsrdəki kimi, öz nüfuz dairələrinə bölməyə hazırlaşan Putin ilə Tramp, sözsüz, gələcək postxamenei mövzusunda da eyni namizədi seçməlidirlər.
Qulamhüseyn Möhsene Əcai, deyəsən, hər iki tərəfi qane edir.
Vacib detal: son rəsmi fotolara diqqət etsəniz, Xamenei ilə Əcai arasında məsafənin qısaldığını görəcəksiniz. Əcai ilə Xamenei arasında indi ancaq Pezeşkian var, bir də Məclis spikeri Qalibaf.