USAID "Politico" və digər KİV-lərin maliyyələşməsini kəsir
Bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinq zamanı deyib

Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən "Politico" və digər KİV-ləri maliyyələşdirməyi dayandıracaq.
Bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinq zamanı deyib.
"Mən təsdiq edə bilərəm ki, Amerika vergi ödəyiciləri hesabına Politico abunələrini subsidiyalaşdırmaq üçün ayrılan 8 milyon dollardan çox maliyyə vəsaiti artıq mövcud olmayacaq" dedi Levitt.
Bir gün əvvəl Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qurdlar topu ilə müqayisə oluna biləcəyini və buna görə də fəaliyyətinin bərpa olunmayacağını bildirmişdi.
Milyarder daha sonra deyib ki, hökumətin mediaya xərcləmələri, o cümlədən Associated Press xəbər kanalına abunələr vergi ödəyicilərinin pullarını israf etməkdir və kəsiləcək.
Bütün hallarda söhbət ABŞ hökumətinin müxtəlif departamentlərindən bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqının ödənilməsindən gedir. Maskın sözlərinə görə, Dövlət Departamenti Associated Press agentliyinə ödəniş etməyi dayandırıb, Xəzinədarlıq The New York Times qəzetinə abunə haqqı ödəməyi dayandırıb, Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Politico xidmətlərindən imtina edib.