"Uşaqları bələkdə süngü ilə doğrayırdılar.." VİDEO
Nənəm Bakıda soyqırımın şahidi olmuşdu
31 mart 1918-ci il Bakıda soyqırım şahidi olan nənəm Mina Soltan xanım deyirdi: "Evlərə girib uşaqları bələkdə süngü ilə doğrayırdılar...".
Allah o ağır günlərdə qurban gedən bütün müsəlmanlara rəhmət eləsin! Amma bu qurbanlar nahaq olmadı və qanları yerdə qalmadı. Belə ki, bu hadisədən düz iki ay sonra müstəqil Azərbaycan Demokratik Respublikası yarandı və altı ay sonra isə İslam Ordusu Bakıya daxil oldu və 31 Mart qurbanlarının qanı alındı.