BLOQ

Üzümü soyuq su ilə, maşınların yan şüşələrində təmizləyirdim

1993-cü ildən danışıram

Üzümü soyuq su ilə, maşınların yan şüşələrində təmizləyirdim
Fətulla Hüseynov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Səhv etmirəmsə, 1993-cü il idi. Daxili işlər Nazirliyinin İctimai Baş İdarəsində xidmət edirdim.

    Maşınımı “QAİ” saxladı. Mübahisə etdim, baxmadılar. Gəldim rəhmətlik polkovnik Fətulla Hüseynovun yanına, məsələni məruzə etdim. Mən onun “lyubimçik”i idim. Xahiş etdim ki, şəhər “QAİ”sinə, general Yaşar müəllimə zəng etsin kİ, maşını götürüm. Bərk dost idilər. Dedi eləmərəm. Əyləşməyimi xahiş etdi. Başa saldı ki, heç vaxt QAİ isşciləri ilə mubahisə etmə. “Həddini də heç vaxt aşma. Onlar yolun ağasıdırlar. Onların ixtiyarı çatır ki, daxili işlər nazirini də saxlasınlar”.

    Utandım və otaqdan çıxdım. Düzdür, 1 saatdan sonra mənə şəhər telefonu ilə zəng gəldi ki, gəl maşınını çıxar.

    O vaxtdan düz 28 il mənim sürücülik vəsiqəm olmadı. Heç kim də saxlamadı, çünki qanunu pozmurdum. Sürücülük vəsiqəsini isə 4 il əvvəl almışam.

    Azərbaycanda Milli Qəhrəman adına ilk dəfə mən və Laçın batalyonunun komandiri Arif Paşayev layiq görülüb. Çünki o vaxtın ən məşhur komandirləri biz idik...

    Amma mən həddimi aşmırdım. Bilirsiniz o vaxt harada yaşayırdım? Evim və yaşamağa yerim yox idi. “Gənclik”dəki vurulmuş, əzilmiş şüşəsi olan maşınların içində qalırdım. Üzümü soyuq su ilə həmin maşınların yan şüşələrində təmizləyirdim.

    Nə isə, eşitdim Aqil Abbasın aktyorunu tutublar. O da düşüb əl-ayağa, yazı-yazının dalınca. Sözün düzü, əcəb edib tutublar. Bu gün Bakıxanovdan Dərnəgül yolu ilə “Koroğlu”ya qədər piyada getmişəm. Qabağıma hər cür adam çıxıb. Siqaret də istəyiblər, pul da istəyiblər, “marşrut”da çox adamın əvəzindən avtobusa kart ilə gedişhaqqı ödədim. Narkomanlarla da üzbəüz gəldim. “Oy dad, nə zəhmli dayıdır” – biri də belə dedi.

    Aqil muəllim, hər kəs özünə cavabdehdir, bunu bilin! Sənə də çox vaxt yazıçı yox, müəllim deyə müraciət edirlər. Müəllimə hörmət olunmalı, şəxsiyyəti qorunmalıdır. Çünki muəllimi vurmaq olmaz. Çünki müəllimlik hərb sənətindən də əvvəl və birincidir. Məncə, müəllimlik mənim üçün ən şərəfli peşədir, bu sənətə hörmətsizlik olmamalıdır!