XƏBƏRLƏR / Təbiət

Vanda zəlzələ oldu

 Bu barədə AFAD məlumat yayıb

Vanda zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Van vilayətində yenidən zəlzələ qeydə alınıb.

     Bu barədə AFAD məlumat yayıb.

    Bildirilib ki, vilayətin Tuşba rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.