Varlılar üçün daimi verginin tətbiqi gündəmə gətirilir
İspaniyanın hökumət başçısının müavini Yolanda Dias belə təklif verib
İspaniyanın hökumət başçısının müavini Yolanda Dias varlılar üçün daimi verginin tətbiqini təklif edib.
Yolanda Dias iyulun 23-nə nəzərdə tutulan seçkilərin gedişində baş nazir postuna iddia edir.
“Kimin varidatı çoxdursa, daha çox vergi ödəməlidir. Buna görə də böyük sərvətlər üçün daimi vergi tətbiq etməyə hazırlaşırıq”, - deyə məmur bildirib.
Bir müddət öncə, İspaniyanın hakimiyyət orqanları sərvəti 3 milyon avrodan çox olan şəxslər üçün müvəqqəti vergi tətbiq edib. Həmin verginin 2023 və 2024-cü illərdə qüvvədə olacağı gözlənilir. Bu qanun krallıqda yaşayan 23 min nəfərə təsir göstəcək.