Vatikanda 9 günlük matəm elan edilib
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib

Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib.
Xarici KİV xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.
Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb.
Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq.