Yoldan keçənlər... Şəhəri görməyə gələn ailələr... Kafe və otellər... Birinci dərəcəli restoranlar...
Yol kənarındakı maşınlar... Quşların cingiltisi ilə kəsilən sükut... Nəhəng buludlar... və Qarabağ dağlarının mənzərələri...
Bunların hamısı Xankəndidir!!!
Bəli, çox iş görmək lazımdır, asayişi bərpa etmək, şəhəri, ətrafı abadlaşdırmaq... Yol boyu onlarla, yüzlərlə növ tikinti texnikası var, Ağdam dirçəlir, Xocalı tikilir...
Biz isə özümüz üçün... qurub təkmilləşdirəcəyik!!!
İşğaldan azad edilmiş ərazilərə hər səfər yeni emosiyalar və 2020-ci ildə Vətən Müharibəsi başlayandan sonra baş verən hər şeyi yenidən düşünmək imkanı verir.
Həyatımız 44 günlük müharibədən əvvələ və sonraya bölündü... və bundan əvvəl edilən hər şey Qələbə üçün edildi! Bu yol uzun idi...
Qələbəyə gedən yolda ölkəmiz və Prezident bəzən tək qalsalar da, yoldan heç vaxt çəkilmədilər...
Prezident İlham Əliyev Şuşada dedi:
“İşğal dövründə hamımız, mövqeyimizdən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı eyni məqsədə doğru yorulmadan irəlilədik. İşğal zamanı çıxışlarımda dəfələrlə demişəm ki, bu gün gələcək, qurtuluş günü gələcək və hər dəqiqə hamımız bu günü daha da yaxınlaşdırmalıyıq. Bu, bizim milli Qələbəmizdir. Yəni Azərbaycan xalqı bu Qələbəyə layiq idi”.
Məhz bu inam və iş, resursların və iradənin formalaşması, təşkilatçılıq qabiliyyəti bizi Qələbəyə apardı! Əsrin müqaviləsi, neft kəmərlərinin istismara verilməsi, idman yarışlarında qazanılan qələbələr, bayraq meydanları, total təzyiq və real pula silah verilməməsi şəraitində ordunun yenidən silahlanması, dost və müttəfiq dövlətlərin formalaşmasının sistemləşdirilməsi, tərəfdaşların maraqlarını nəzərə almaq və öz milli maraqlarını müdafiə etmək bacarığı... Bu və digər elementlər indi bizə norma kimi görünür, halbuki bütün bunlar Prezident İlham Əliyevin əməyinin və səylərinin nəticəsidir!
Media forumunda Prezident İlham Əliyev çox mühüm bir məqamı qeyd etdi: “Şəxsən mən Qarabağı işğaldan azad edəndə artıq 17 il idi ki, prezident idim, lazım gəlsəydi, daha 17 il də gözləyə bilərdim. Mənim prezident olduğum müddətdə torpaqlar mütləq azad edilməli deyildi; bu 50 il sonra baş verə bilərdi. Belə olan halda prezidentin kim olmasının əhəmiyyəti yox idi. Eqoist olmağa ehtiyac yoxdur. Bu mənim və ya başqası haqqında deyil. Söhbət insanlar, ölkə və ləyaqətdən gedir. Biz tarixdən dərs almışıq. Bəzən böyük bir məqsədə çatmaq üçün çətin qərarlar qəbul etməli olursan".
Bütün bunlar cəmiyyətin konsolidasiyasının nəticəsidir, nəticədə Qələbə əldə edilir!
Kim nə deyir desin, kim hara “girdi-çıxdi”, bu Azərbaycan Xalqının və Prezident İlham Əliyevin Qələbəsidir!!!
Müharibə zamanı göstərilən siyasi və mənəvi dəstək heç vaxt unudulmur və daim xatırlanır. Bütövlükdə Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə dalğalanan bayraqlar buna sübutdur.
Və bir şey də... tədarük edilən hər şey ümumi qiymətə ödənilib və dünyada heç kim deyə bilməz ki, Azərbaycana endirimlə nəsə verilib... Azərbaycan Ermənistan deyil...
Maraqlar praktiki bir şeydir və bunu Azərbaycanda çox gözəl başa düşürlər ki, Azərbaycan Prezidenti İlham Əliyev maraqları əlaqələndirməkdə, əldə edilmiş razılaşmaları həyata keçirməkdə ustadır. Bütün bunlar isə sakit, səbirlə, qışqırmadan, lovğalanmadan həyata keçirilir... Prezident İlham Əliyev digər siyasətçilərdən fərqli olaraq, ani hallara tabe deyil, məğrur bir şəxsiyyətdir...
Və nəhayət... Xankəndində və bütün insanların üzündə təbəssüm, qürur və hüzur hissi var idi. Bunun qiyməti yoxdur!