BLOQ / Yaddaş

Vətən müharibəsinin xronikası: 1 noyabr FOTO / VİDEO

Müharibənin 36-cı günü

Vətən müharibəsinin xronikası: 1 noyabr FOTO / VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin 8 müxtəlif tipli topu, 2 rabitə qülləsi məhv edilib. Azərbaycan Ordusu müasir texnoloji silahlarla Ermənistan silahlı birləşmələrinin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini sıradan çıxarıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    • Ermənistan silahlı qüvvələrinin hərbi yük maşınları partladılıb.

    • Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb..

    VİDEO

    • Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.

    • Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü:

    VİDEO
    .
    • Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.

    VİDEO

    • FHN: Ermənistan silahlı qüvvələrinin meşələri və mülki obyektləri raketlərdən atəşə tutması nəticəsində yanğınlar baş verib.

    • ANAMA: Cəbhəyanı ərazilərdə top və minaatan mərmiləri, tankəleyhinə silahlar aşkarlanıb.