* Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
* Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini növbəti dəfə raket atəşinə tutub.
* Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində üçü azyaşlı olmaqla, 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
* Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 17 yük maşını və digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini ataraq geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 hərbi qulluqçusu fərarilik edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
* Bölmələrimiz cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edib.
* Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.
* Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin S-300 zenit-raket kompleksinin məhv edilməsinin və düşmən mövqelərinə raket-artilleriya zərbələri endirilməsinin videogörüntülərini paylaşıb.
* Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.
* Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.
* Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
* İşğaldan azad edilmiş Cəbrayıl rayonundakı “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
* Baş Prokurorluq: Hərbi hava hücumundan müdafiə qüvvələrimiz Ermənistan ordusunun gecə saat 01 radələrində Mingəçevirə atdığı raketləri zərərsizləşdiriblər.