Vətən müharibəsinin xronikası: 29 sentyabr REPORTAJ
ANS ÇM-in reportyoru Vahid Musrafayev təqdim edir
Mübaribənin üçüncü günü
•Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə sıradan çıxarılıb. Saat 07.00-08.00 radələrində həmin istiqamətdə Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.
• Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət İrəvanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
• Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb.
• Baş Prokurorluq Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin düşmən tərəfindən atəşə tutulması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması barədə məlumat yayıb.
29 sentyabr 2020-ci il
Erməni silahlı qüvvələrinin 1992-ci il Xocalı qətliamından bəri əsas döyüş taktikası mülki əhalini qırmaqla ordunu zəiflədib hücumu dayandırmaq taktikasıdır. Qarabağ Sentyabr 2020 hadisələrində bu taktika işləmir. Azərbaycan vətəndaşları döyüşlərə qatılmaq istəyir və bu dəfə geri çəkilmək fikirində deyil.
Çəkiliş qrupumuz - Vahid Mustafa yev və Hikmət Əsgərov cəbhə bölgəsindən bu məsələni araşdırıb və nəticələri haqda operativ xəbər verir.