Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! VİDEO
Müdafiə Nazirliyinin hazırladığı videoçarxı təqdim edirik
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı!
Azərbaycan Müdafiə Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı videoçarx yayımlayıb.
"Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!" adlı videoçarxda 44 günlük Vətən müharibəsi döyüşlərini əks etdirən görüntülər yer alıb.
Videoçarxda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri ilə bağlı kadrlar da əks olunub.