XƏBƏRLƏR / İctimaiyyət

Vətəndaş cəmiyyəti nümayəndələri Hikmət Hacıyevlə görüşüb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin Bakıda ikinci görüşlərini keçirirlər

Vətəndaş cəmiyyəti nümayəndələri Hikmət Hacıyevlə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Sülh Körpüsü” Təşəbbüsü irəli sürən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin üzvləri Azərbaycan Prezidentinin köməkçisiPrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmüşlər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlarmüzakirə olunmuşdur. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.

    21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

    Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri AreqKoçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel MeliksetyanAzərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

    Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələrmüzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktualmövzulara da toxunulub.

    Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasındabirbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.