Sabahkı Bakı-Tel-Əviv reysini ləğv edilib.
Bu barədə AZAL məlumat yayıb.
"İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Gurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.
Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.
Tel-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Tel-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.
Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.