VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub
VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçirilib
VI Dünya Köçəri Oyunlarında ümumi komanda hesabında nəticələr yenidən hesablandıqdan sonra birinci yeri Qazaxıstan tutub.
Qazaxıstanlı idmançılar 32 qızıl, 20 gümüş və 22 bürünc olmaqla, ümumilikdə 74 medal qazanıblar.
Qazaxıstan mənbələrinə görə, ikinci yeri 30 qızıl medalla Qırğızıstan, üçüncü yeri isə 7 qızıl medalla Rusiya tutub.
Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib ki, VI Dünya Köçəri Oyunları yüksək səviyyədə keçirilib və böyük idman bayramı kimi başa çatıb. O vurğulayıb ki, xüsusilə kok-boru və yer-ulak yarışları daha möhtəşəm olub. Qırğızıstanla Qazaxıstan komandaları yüksək oyun səviyyəsi nümayiş etdiriblər.
VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçirilib. Oyunlarda 113 ölkədən 3 minə yaxın idmançı iştirak edib.
1 dəqiqə