Artıq özünü buraxan Qarabağdakı qondarma qurumun "Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan dindirilib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Onun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı və burada dindirildiyi bildirilir.
Balasanyan qanunsuz silahlı hərbi birləşmənin təhlükəsizlik şöbəsinin rəis müavini, polkovnik Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.
Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur. O, 5 aydır həbsdədir və Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır.