Vitali Balasanyan hakim qarşısında
Qeyd edək ki, Balasanyan bir müddət qondarma qurumun "Təhlükəsizlik Şurasının katibi" olub
Ötən həftə həbs olunan erməni general Vitali Balasanyanın məhkəmə prosesi davam edir.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Onun vəkili Rafael Martirosyan bildirib ki, məhkəməyə Vitali Balasanyanın həbsi ilə bağlı vəsatət daxil olub.
Vəsatətə baxılması üçün saat 11:30-a iclas təyin edilib. Vəkil vəsatətin məzmunu ilə bağlı detalları açıqlamayıb.
Qeyd edək ki, Balasanyan bir müddət qondarma qurumun "Təhlükəsizlik Şurasının katibi" olub.