Voronejdə neft zavodu yanır
Bu barədə yerli teleqram kanallarına istinadən xəbər verir
Rusiyanın Voronej vilayətində neft zavodu yanır.
Bu barədə yerli teleqram kanallarına istinadən xəbər verir.
Vilayətin qubernatoru neft anbarının yandığını təsdiq edib. Qeyd olunur ki, hazırda yanğınsöndürənlər hadisə yerdədir və onu söndürməyə çalışırlar. Hadisənin səbəbi açıqlanmayıb.
Bəzi teleqram kanalları iddia edir ki, neft anbarı "Vaqner"ə məxsusdur və Rusiya ordusu tərəfindən vurulub.
Bundan əvvəl Voronejdə Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında döyüşlər getdiyi barədə xəbərlər yayılıb.