XƏBƏRLƏR / İctimaiyyət

“WhatsApp”da saxta pul mükafatı kampaniyası

Milli Kibertəhlükəsizlik Agentliyi xəbərdarlıq edir

“WhatsApp”da saxta pul mükafatı kampaniyası
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.

    Bu barədə agentlik xəbər yayıb.

    Belə ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

    MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.