XƏBƏRLƏR / Qonşular

Xamenei 1705 məhbusu əfv edib

Bu barədə İRNA xəbər yayıb

Xamenei  1705 məhbusu əfv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın ali dini lideri Ayətullah Əli Xamenei İranın ədliyyə naziri Qulmhüseyn Möhseni-Ejeinin təklifindən sonra 1705 məhbusun əfv edilməsinə və cəzalarının yüngülləşdirilməsinə razılıq verib. O, bunu Qurban bayramı münasibətilə etdiyni deyib.

    İran Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinə əsasən, ali dini lider ədliyyə nazirinin təklifi əsasında məhbusları əfv etmək və ya cəzalarını yüngülləşdirmək səlahiyyətinə malikdir.

    Qey edək ki, Qurban bayramı iyunun 6-7-nə təsadüf edib.