"Xameneyi rejimi İsraildən daha çox İran xalqından qorxur"
İsrailin Baş naziri Netanyahu yenə İran xalqına müraciət etdi
İsrailin Baş nazir Benyamin Netanyahunun İran xalqına daha bir müraciət edib. Müraciətdə deyilir:
“Xamneyi rejimini İsraildən daha çox qorxudan bir şey var. Siz İran xalqısınız. Xəyallarınızın sönməsinə imkan verməyin. Xamneyi rejimi hər gün zəifləyir, İsrail isə güclənir – indiyə qədər dünya gücümüzün yalnız bir hissəsini görüb”.
“Xameneyi rejimi mənim ölkəmə yüzlərlə ballistik raket atıb. Maraqlıdır, o sizə bu hücumun nə qədər başa gəldiyini söylədimi? Beləliklə, məbləğ 2,3 milyard dollardır. 2,3 milyard dollar dəyərli vəsaitlərinizdən faydasız hücumlara xərclədikləri şeydir"/
“Bu raketlər İsrailə az ziyan vurdu, amma sizə nə qədər ziyan vurdular? Bu pul İranda nəqliyyata və təhsilə xərclənə bilər. Əvəzində Xameneyi öz rejiminin vəhşiliyini ifşa etdi və dünyanı ölkənizə qarşı çevirdi. O, sizə məxsus olan pulları götürüb”.
“İsrailə qarşı növbəti hücum İran iqtisadiyyatına böyük ziyan vuracaq, sizə milyardlarla dollar baha başa gələcək. Bilirəm ki, çoxlarınız bu müharibəni istəmirsiniz. Mən də bu müharibəni istəmirəm. İsrail xalqı bu müharibəni istəmir”.