Xankəndi, Ağdərə və Xocalı internetlə təmin olundu
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bildirib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib.
“Həmçinin sözügedən ərazilərdə fəaliyyət göstərən dövlət qurumları “AzStateNet” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, - məlumatda deyilir.
Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.