XƏBƏRLƏR / İctimaiyyət

Xankəndi şəhərində 2 pulemyot, 26 avtomat aşkarlanıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Xankəndi şəhərində 2 pulemyot, 26 avtomat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı, 5 ədəd tapança aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmçinin 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar aşkarlanaraq götürülüb.