XƏBƏRLƏR / Qayıdış

Xankəndi stadionunda “Qarabağ”–MOİK matçı 21 dekabrda olacaq

Oyunu canlı izləmək istəyən azarkeşlər də Bakıdan Xankəndiyə yola düşəcək

Xankəndi stadionunda “Qarabağ”–MOİK matçı 21 dekabrda olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

    Oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

    Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

    Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Bakıda "Koroğlu" metrostansiyasından Xankəndiyə yola düşəcək.

    ***

    Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.

    Tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.

    Artıq stadionda tribunanın üzərinə “Xankəndi” sözü də yazılıb.

    Azərbaycan kubokunun 1/8 finalının “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.