Xankəndi və Xocalıda 20 Yanvar şəhidləri yad edildi
Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.