Daha əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri üçün silah, döyüş sursatı, mina, ləvazimat və digər hərbi vəsaitin tədarükü, habelə bu yolla şəxsi heyətin döyüş mövqeyinə aparılması və rotasiyası Azərbaycanın suverenliyini və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyindən xəbər verir.
Baş verən hadisələr bir daha Azərbaycan tərəfindən Laçın yolu üzərində nəzarətin müəyyən edilməsinin zəruri və qaçılmaz olduğunu təsdiqləyir.