BLOQ

Xankəndidə benzin talonları Araikin restoranında paylanır

Erməni resursları Xankəndidə güya yanacaq çatışmazlığına görə ağlaşma qurublar

Xankəndidə benzin talonları Araikin restoranında paylanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan resursları "Xankəndidə benzin qıtlığı. Yanacaq talonları almaq üçün növbə" adı ilə bu fotoşəkli yayırlar.

    Lakin diqqətlə baxanda məlum olur ki, izdiham baş separatçı Araik Arutunyana məxsus və Xankəndinin Grigor Lusavoriç, 10 ünvanında yerləşən VİAGGİO restoranının qarşısında toplasıb. 

    Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müşayiəti ilə gizli yollarla yanacağın qaçaqmalçılıq yolu ilə daşınmasının qarşısını alandan sonra benzin qıtlığı yarana bilərdi. Amma benzin talonlarının niyə görə iaşə obyektində paylanması aydın deyil və sirr olaraq qalır (Özü də baş separatçı və hərbi caniyə məxsus olan obyektdə).

    Bir şey aydındır ki, Xankəndidə yalan və hərc-mərclik tuğyan etməkdə davam edir.