Xankəndidə maşınlarda köməksiz qalanlara kömək göstərilib

FHN xəbər verir VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xankəndi şəhərində və Kərkicahan qəsəbəsi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Honda" və "Toyota" markalı ümumilikdə 4 ədəd minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.