XƏBƏRLƏR / Qayıdış

Xankəndidə saatlı bomba aşkarlandı

DİN xəbər verir

Xankəndidə saatlı bomba aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində saatlı bomba və digər silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.