XƏBƏRLƏR / Qayıdış

Xankəndidə silah-sursat tapıldı

DİN xəbər verir

Xankəndidə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları Xankəndidə silah-sursat aşkar ediblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.