Xankəndidə iki gündə xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də və 14-də Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15 qumbara, 6 ədəd alışdırıcı, 68 patron darağı, 6316 ədəd müxtəlif çaplı patron, 5 ədəd süngü-bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.