Xankəndində bir küçəyə “Ənvər Paşa” adı verildi
Bu barədə TRT Haber məlumat yayıb
Azərbaycan Xankəndində qanunsuz erməni silahlı birləşmələrindən təmizlənən küçənin adını dəyişdirərək “Ənvər Paşa” adlandırıb.
Xatırladaq ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan ilk müqaviləsini Osmanlı İmperiyası ilə imzalayıb. 1918-ci il iyunun 4-də Gürcüstanın paytaxtı Batumidə imzalanan müqavilə Azərbaycan ilə Osmanlı İmperiyası arasında siyasi, hüquqi, ticarət və hərbi sahələrdə dostluq əlaqələrinin qurulmasını nəzərdə tuturdu.
Azərbaycan bu müqavilənin 4-cü maddəsinə uyğun olaraq ingilis qüvvələrinin, erməni və bolşevik quldur dəstələrinin işğalına qarşı Osmanlı hökumətindən kömək istədi. Bu tələb Osmanlı hökuməti tərəfindən bəyənildi və hərbi nazir Ənvər paşa qardaşı Nuri paşaya ordu qurub Azərbaycana kömək etməyi tapşırdı.
Qafqaz İslam Ordusunda əsgərlərin sayı 12 min olub. Qafqaz İslam Ordusu ilk olaraq öz yolunda Göyçay, Salyan, Ağsu və Kürdəmiri düşmən qüvvələrindən təmizlədi, 1918-ci il sentyabrın 15-də 30 saatlıq şiddətli döyüşlərdən sonra Bakını azad etdi.