Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə hakim təyin edilib
Milli Məclis müvafiq qanun layihəsini təsdiyqləyib

Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Bununla bağlı məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.
Xatırladaq ki, Xanlar Vəliyev bundan əvvəl hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.